Qınama silsiləsi - 1
- Piyada keçidində duranda, yanımdan güllə kimi keçən polisi QINADIM!
- Milləti TV-yə bağlayan serialları QINADIM!
- qırmızı işığı gözləməyib, yaşılda basıb-keçən piyadaları QINADIM!
- Eurovision-u həyatı əhəmiyyətli müsabiqə sayanları QINADIM!
- Gül bayramına gedənləri, qeyd edənləri QINADIM!
- Güclü iqtisadiyyata sahib olan ölkəmizdə pulsuzları QINADIM! ;)
- Xaricdə oxuyub gəldikdən sonra Azərbaycanı dəyişmək istəyənləri QINADIM! ;)
- Qınamağın daha ağır dərəcəsini tapdım. - “Şiddətli QINAMA”
- Söbəti bağlamaq üçün, son şərhi like edənləri QINADIM! :D
- Gecənin zülmətində, yolda partlayan təkəri QINADIM!
- Millətin zibilini üzə çıxaran web2-ni QINADIM!
- Məni gülə-çiçəyə, qurda-quşa, dəxli olmayan hər mıxa teqləyənləri QINADIM!!!Qınamaqla da qalmayıb, dostluqdan çıxarıb, Səddamın yanına yollamağa qərar verdim!
- GOOGLE-lamaq tənbəlliyi olan müftəxorları QINADIM!